​MTRŞ: "Azərbaycan televiziyalarında "qara yumor"dan istifadə edən verilişlər yığışdırılıb"

​MTRŞ: "Azərbaycan televiziyalarında "qara yumor"dan istifadə edən verilişlər yığışdırılıb" Şöbə müdiri: "Hazırda hansısa xarici kanalda yayımlanan verilişləri olduğu kimi təqlid edən proqramlar yayımlanmır"
Media
11 Yanvar , 2016 14:38
​MTRŞ: Azərbaycan televiziyalarında qara yumordan istifadə edən verilişlər yığışdırılıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan televiziyalarında insanları güldürmək məqsədilə yayımlanan və "qara yumor"dan istifadə olunan verilişlər yığışdırılıb.

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, "qara yumor" vasitəsilə tamaşaçıda gülüş yaratmağa çalışan "Bu da bu", "Komedi.az" kimi verilişlər dayandırılıb.

Şöbə müdirinin sözlərinə görə, hazırda telekanalların efirində Azərbaycan tamaşaçısının mənəvi dəyərlərinə zidd olan, hansısa xarici kanalda yayımlanan verilişləri olduğu kimi təqlid edən proqramlar yayımlanmır. 

Son xəbərlər

Orphus sistemi