MTRŞ özəl teleradio yayımçılarına ayrılan yardımın necə bölünəcəyi məsələsinə aydınlıq gətirib

MTRŞ özəl teleradio yayımçılarına ayrılan yardımın necə bölünəcəyi məsələsinə aydınlıq gətirib ​MTRŞ: "Ayrılan maliyyə vəsaiti özəl teleradio yayımçıları arasında bərabər bölünəcək"
Media
13 May , 2016 12:28
MTRŞ özəl teleradio yayımçılarına ayrılan yardımın necə bölünəcəyi məsələsinə aydınlıq gətirib

Bakı. 13 may. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) Prezident İlham Əliyevin sərəncamı ilə özəl teleradio yayımçılarına ayrılan yardımın necə bölünəcəyi məsələsinə aydınlıq gətirib. 

"Report"un sorğusuna cavab olaraq MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, ayrılan maliyyə vəsaiti özəl teleradio yayımçıları arasında bərabər əsaslarla bölünəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 12-də imzaladığı sərəncamla 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Milli Televiziya və Radio Şurasına iki milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi