MTRŞ ARB TV-də yayımlanan verilişdə aparıcının qonaqla bayağı davranması məsələsinə münasibət bildirib

MTRŞ ARB TV-də yayımlanan verilişdə aparıcının qonaqla bayağı davranması məsələsinə münasibət bildirib Bakı. 18 oktyabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB TV-də yayımlanan “Canım sizə desin” adlı proqramının ötəngünkü buraxılışında aparıcının qonaqla bayağı davranması mövzusuna münasibət bildirib.
Media
18 Oktyabr , 2018 10:49
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB TV-də yayımlanan “Canım sizə desin” adlı proqramının ötəngünkü buraxılışında aparıcının qonaqla bayağı davranması mövzusuna münasibət bildirib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında bildirib ki, verilişdə konkret qanun pozuntusu olmayıb: “Bununla belə, əlbəttə, verilişdə aparıcılar da, iştirakçılar da bayağı hərəkətlərdən qaçmalıdırlar”.

Qeyd edək ki, verilişin aparıcısı əməkdar artist Mehriban Xanlarovanın verilişin qonağı “Azəri Vandam” kimi tanınan şəxsə qarşı hərəkətləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. 

Son xəbərlər

Orphus sistemi