ANS TV 54 min manat cərimələnib, “Salam Azərbaycan” verilişi 10 günlük bağlanıb

ANS TV 54 min manat cərimələnib, “Salam Azərbaycan” verilişi 10 günlük bağlanıb Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib
Media
5 Oktyabr , 2015 17:38
ANS TV 54 min manat cərimələnib, “Salam Azərbaycan” verilişi 10 günlük bağlanıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda "ANS" televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair iş üzrə icraata baxılıb. Bu barədə “Report”a Şuradan məlumat verilib.

“Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 13.2-ci madəsinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.5-ci maddəsinə uyğun olaraq “ANS Müstəqil Yayım və Media Şirkəti”nə “ANS” televiziyasının efirində 01.10.2015-ci il tarixdə saat 16:20-19:00 arası yayımlanan “Sən tək deyilsən” verilişində sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 AZN, “Sən tək deyilsən” verilişinin 02.10.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 AZN, 04 oktyabr 2015-ci il tarixdə saat 21:30-24:00 arası yayımlanan “Xoşqədəmlə axtarıram səni” verilişində sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 AZN, “Salam Azərbaycan” verilişinin 01.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 AZN, “Salam Azərbaycan” verilişinin 02.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 AZN, “Salam Azərbaycan” verilişinin 03.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 AZN, 05.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 AZN, “Şokolad” verilişinin 18.09.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 AZN, “Şokolad” verilişinin 21.09.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 AZN, ümumilikdə 54 000 AZN məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda “ANS” televiziyasının efirində yayımlanan “Salam Azərbaycan” proqramında şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq, “ANS” televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam Azərbaycan” proqramının yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 gün müddətinə dayandırılması barədə qərar qəbul olunub. Eyni zamanda yayımı dayandırılmış “Salam Azərbaycan” proqramının efir vaxtında mədəni-maarifçilik, intellektual xarakterli proqramların yayımının “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilməsi, tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatın yayımlanması barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi