Misir prezidenti Al-Jazeera telekanalının müxbirini əfv edib

Misir prezidenti Al-Jazeera telekanalının müxbirini əfv edib P.Grest əsassız xəbər yaymaq və digər ittihamlara görə 7 illik həbs cəzasına məhkum edilmişdi
Media
1 Fevral , 2015 19:46
Misir prezidenti Al-Jazeera telekanalının müxbirini əfv edib

Bakı. 1 fevral. REPORT.AZ/ Misir prezindetinin qərarına əsasən, Al-Jazeera telekanalının müxbiri Piter Grest həbsdən azad edilərək Avstraliyaya deportasiya edilib.

"Report" AFP-yə istinadən xəbər verir ki, P.Grest 2013-cü ilin dekabr ayında həbs edilmişdi. O, əsassız xəbər yaymaq və digər ittihamlara görə 7 illik həbs cəzasına məhkum edilmişdi.

Onunla birgə həbs olunmuş Al-Jazeera-nın digər jurnalistləri Mohamed Fahmy və Baher Mohamed 7 və 10 illik həbs cəzaları almışdı. Lakin prezindetin əfv qərarının onlara şamil olunması ilə bağlı məlumat yoxdur. Jurnalistlərin üçü də ittihamları rədd edib məhkəmənin qondarma olduğunu bəyan etmişdi. 

Qeyd edək ki, Piter Grest Avstraliya vətəndaşıdır. 

Son xəbərlər

Orphus sistemi