Mirşahin Ağayevin MTRŞ-ya qarşı bütün apellyasiya şikayətlərinə baxılıb

Mirşahin Ağayevin MTRŞ-ya qarşı bütün apellyasiya şikayətlərinə baxılıb İşlər baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb
Media
5 Dekabr , 2015 11:12
Mirşahin Ağayevin MTRŞ-ya qarşı bütün apellyasiya şikayətlərinə baxılıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayətləri üzrə daha üç məhkəmə işi başa çatıb.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi şirkətin şikayətlərini təmin edib və birinci instansiya məhkəməsinin qərarları ləğv olunub. İşlər baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın 5 oktyabr 2015-ci il tarixli - 09/3 saylı, 09/4 saylı, 09/5 saylı,09/6 saylı, 09/7 saylı, 09/10 saylı və 13 oktyabr 2015-ci il tarixli 10/2 saylı qərarından şikayət edib və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılması barədə Səbail Rayon Məhkəməsində tələb irəli sürüb. Məhkəmə həmin iddiaları rədd edib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayəti verib.

Beləliklə, bu həftə Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı olan bütün - 13 şikayətə baxılıb. Şuranı 9 iş üzrə məhkəməyə ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru M.Ağayev verib, digər 4 halda isə televiziya kanalının müdafiəçiləri tərəfindən məhkəməyə müraciət edilib.

Son xəbərlər

Orphus sistemi