Mirşahin Ağayev: "ANS artıq MTRŞ-dan qərəzsiz yanaşma gözləmir"

Mirşahin Ağayev: "ANS artıq MTRŞ-dan qərəzsiz yanaşma gözləmir" "Qurumun verdiyi qərarlar, cərimələr əsasən ANS-lə bağlı olur"
Media
22 Yanvar , 2016 19:29
Mirşahin Ağayev: ANS artıq MTRŞ-dan qərəzsiz yanaşma gözləmir

Bakı. 22 yanvar. REPORT.AZ/ "Milli Televiziya və Radio Şurası yarandığı gündən ANS-in fəaliyyətini qarabaqara izləmək yolunu tutub. Qurumun verdiyi qərarlar, cərimələr əsasən ANS-lə bağlı olur".

“Report” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev deyib.

O bildirib ki, ANS artıq MTRŞ-dan televiziyanın fəaliyyəti ilə bağlı qərəzsiz yanaşma gözləmir: "MTRŞ ilə ANS arasında baş verən bu problem o zamandan başladı ki, ANS seriallara ayrılan pulun hara xərclənməsi ilə bağlı MTRŞ-dən şəffaf hesabat istədi. Çünki bizə çatacaq məbləğin 40 min manatı verilməmişdi. MTRŞ bizim məktubumuza cavab vermədi. Əvəzində ANS-ə xəbərdarlıq və məzəmmətlər gəlməyə başladı”.

Qeyd edək ki, yanvarın 22-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığı, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyi, faktlar və hadisələrin ədalətli şərh olunmadığı, birtərəfliliyə yol verildiyi nəzərə alınaraq, “Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırılıb.

Xatırladaq ki, “Hesabat” verilişinin müəllifi Mirşahin Ağayevdir.

Son xəbərlər

Orphus sistemi