Mirhəsən Seyidov İTV-nin Yayım Şura üzvlüyünə namizəd olub

Mirhəsən Seyidov İTV-nin Yayım Şura üzvlüyünə namizəd olub İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının ümumilikdə 9 üzvü var
Media
19 Mart , 2015 14:25
Mirhəsən Seyidov İTV-nin Yayım Şura üzvlüyünə namizəd olub

Bakı. 19 mart. REPORT.AZ/ İrəli İctimai Birliyinin (İB) sədri Mirhəsən Seyidov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şura üzvlüyünə namizəd irəli sürülüb. Bu barədə "Report"a İB-dən məlumat verilib.

Məlumata görə, qərar Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə İctimai Şurasının keçirdiyi iclasında gənclər təşkilatlarının səs çoxluğu ilə qəbul edilib.

Xatırladaq ki, seçiləcək namizəd İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında gəncləri təmsil edəcək, eyni zamanda gənclərlə bağlı layihələrin həyata keçirilməsi, gəncləri narahat edən bir çox məsələlərin İctimai Televiziyada işıqlandırılması kimi məsələlərlə məşğul olacaq.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının ümumilikdə 9 üzvü var.

Son xəbərlər

Orphus sistemi