Yuxarı

Milli Televiziya və Radio Şurasına sədr seçilib

MTRŞ-in növbəti iclası keçirilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Bu barədə “Report”a MTRŞ-dən məlumat verilib.

İclasda təşkilati məsələlərə baxılıb. “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Nuşirəvan Umud oğlu Məhərrəmov yenidən Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi