Yuxarı

Milli Televiziya və Radio Şurası televiziya kanallarına tövsiyə məktubu göndərəcək

TV-lər uşaq verilişlərini daha rəngarəng etməyə çağırılacaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanın televiziya kanallarına tövsiyə məktubu hazırlayır.

Bu barədə "Report"a Şuranın sədr müavini Qafar Cəbiyev məlumat verib.

Onun sözlərinə görə, məktubda televiziya kanallarına oktyabrın 20-dən noyabrın 20-dək uşaq verilişlərinə, uşaqlarla bağlı məsələlərə daha çox yer vermələri tövsiyə olunacaq: "Ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsinin 26 ili tamam olur. Bu səbəbdən, Azərbaycan Respublikasının Ombudsmanı tərəfindən oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə "Uşaq hüquqları" aylığı keçiriləcək. Bu məsələ ilə bağlı Omudsman bizə məktub göndərib. Biz də öz növbəmizdə telekanallara aylıq çərçivəsində uşaqlarla bağlı daha çox verilişlər yayınlamalarını, verilişlərin rəngarəngliyini artırmalarını tövsiyə edəcəyik". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi