Milli QHT Forumunda mətbuatın 140 illiyi ilə bağlı tədbir keçirilib

Milli QHT Forumunda mətbuatın 140 illiyi ilə bağlı tədbir keçirilib Jurnalistlərə təşəkkürnamələr təqdim edilib
Media
16 İyul , 2015 17:41
Milli QHT Forumunda mətbuatın 140 illiyi ilə bağlı tədbir keçirilib

Bakı. 16 iyul. REPORT.AZ/ Milli Qeyri-Hökumət Təşkilatları Forumu Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirib. 

"Report"un məlumatına görə, tədbirdə forumun prezidenti Rauf Zeyni mətbuatın tarixindən danışıb. O qeyd edib ki, ölkədə vətəndaş cəmiyyətinə, xüsusilə də mətbuat sahəsinə yüksək diqqət göstərilir. Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu da Azərbaycan mətbuatının fəaliyyətindən bəhs edib.

Sonra jurnalistlərə təşəkkürnamələr təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi