"Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən müsabiqənin qalibləri açıqlanıb

"Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən müsabiqənin qalibləri açıqlanıb Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Mətbuat Şurasının elan etdiyi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Media
14 İyul , 2015 15:19
Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən müsabiqənin qalibləri açıqlanıb

Bakı. 14 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda elan etdiyi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

“Report”un məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, mətbuat hər bir xalqın tarixində əsas rol oynayır: ““Əkinçi” qəzeti də bu rolu oynayıb, dövrünün aynası olub. Mövhumata qarşı daim mübarizə aparıb. Müstəqil mətbuatın təməlini “Əkinçi” qəzet qoyub”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan mətbuatının fəaliyyətinə toxunub. O bildirib ki, ölkə mətbuatı işini yüksək səviyyədə yerinə yetirir.

Sonra KİV rəhbərləri tədbirlə bağlı fikirlərini bölüşüblər.

Sonda “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən müsabiqənin qalibləri açıqlanıb. Qaliblərə pul mükafatı və qiymətli hədiyyələr verilib.

Son xəbərlər

Orphus sistemi