Yuxarı

Mətbuat Şurasında Şimali Kipr Türk Cümhuriyyətindən olan nümayəndələrlə görüş keçirilib

Görüşdə türk dünyasının ortaq problemlərinə birgə baxışın ifadə edilməsinin zəruriliyi ətrafında diskussiyalar aparılıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Mətbuat Şurasında Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycanda səfərdə olan nümayəndələri - Türk Birliyi Dərnəyinin sədri, professor Güvən Arıklı, Qlobal Media Qrupunun baş direktoru Tayfun Aydınlı, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu ilə görüş keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum türk dünyasının aparıcı media qurumları ilə əməkdaşlığa önəm verir. Bu, istər təcrübə mübadiləsi, istərsə də qlobal media məkanına inteqrasiya baxımdan vacibdir. Şuranın eyni zamanda Şimali Kiprdəki media quruluşları ilə də münasibətlərinin olduğunu vurğulayan Ə.Amaşov əlaqələri dərinləşdirməyin Şura üçün müstəsna əhəmiyyət daşıdığını bildirib.

Görüşdə türk dünyasının ortaq problemlərinə birgə baxışın ifadə edilməsinin zəruriliyi ətrafında diskussiyalar aparılıb. Bu baxımdan Şimali Kiprdə keçirilməsi nəzərdə tutulan Türk Dünyası Gənclərinin Forumuna birgə hazırlıq məsələləri önə çəkilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi