Mətbuat Şurası “SOCAR-AQŞ” MMC ilə birlikdə KİV nümayəndələri arasında yaradıcılıq müsabiqəsi elan edib

Mətbuat Şurası “SOCAR-AQŞ” MMC ilə birlikdə KİV nümayəndələri arasında yaradıcılıq müsabiqəsi elan edib Azərbaycan Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC Əsrin müqaviləsinin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında yaradıcılıq müsabiqəsi keçirir.
Media
5 Sentyabr , 2019 17:51
Mətbuat Şurası “SOCAR-AQŞ” MMC ilə birlikdə KİV nümayəndələri arasında yaradıcılıq müsabiqəsi elan edib

Azərbaycan Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC Əsrin müqaviləsinin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında yaradıcılıq müsabiqəsi keçirir.

Mətbuat Şurasından "Report"a daxil olan məlumatda bildirilib ki, müsabiqə üzrə 4 istiqamət nəzərdə tutulur.

1.“Əsrin müqaviləsi”: Azərbaycanın müasiq neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı;

2.Azərbaycan neft-qaz sanayesində qazma işlərinin modernləşdirilməsi yeni neft strategiyasının mühüm tərkib hissəsidir;

3.Azərbaycan neft-qaz sanayesinin mühüm tərkib hissəsi olan qazma işlərinin dünya neft-qaz sanayesinə verdiyi töhfələr;

4.Azərbaycan neft-qaz sanayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri.

Müsabiqə üzrə mükafatlandırma bu müsabiqə elanının “Müsabiqənin istiqamətləri” adlı II bölümündə göstərilmiş hər istiqamət üzrə ayrılıqda aparılacaqdır.

4 istiqamət üzrə:

I yer – 4 nəfər - 2000 manat (hər biri)

II yer - 4 nəfər - 1500 manat (hər biri)

III yer - 4 nəfər - 1000 manat (hər biri)

Həvəsləndirici mükafat – 10 nəfər – 200 manat (hər biri)

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

Materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsinə;

Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;

Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;

İfadə vasitələrinin zənginliyinə;

Oxucu üçün informasiyalılıq dərəcəsinə;

Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 9 avqust 2019-cu il tarixindən 10 sentyabr 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə verilmiş video-materiallar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılacaq.

Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.

Yazılarda, telekanal və radio materiallarında “SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd:

Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır.

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.

Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

  • 1.Yazılar şəxsətəqdim edilərkətəqdimat zərfində yer almalıdır:
  • yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
  • yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
  • yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
  • müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;
  • materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
  • diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
  • yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.
  • 2.Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.

Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir.

Təqdimatda yer almalıdır:

Müsabiqə yazısı ("Word" faylında, imzasız);

Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);

Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən "link" və sair vasitələr;

Yazı müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında);

Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.

Müsabiqə üçün yazılar həm şəxsən, həm də elektron poçt vasitəsilə 9 avqust 2019-cu il tarixdən 10 sentyabr 2019-cu il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə:

(012) 441 35 30

(055) 201 99 26

(050) 242 09 91

(012) 565 15 15

Son xəbərlər

Orphus sistemi