Mətbuat Şurası və DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi jurnalistlər üçün seminar keçirir

Mətbuat Şurası və DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi jurnalistlər üçün seminar keçirir ​İdarə rəisi: “Bu ilin ilk 4 ayı ərzində 78 insan alveri faktı qeydə alınıb”
Media
23 May , 2016 10:27
Mətbuat Şurası və DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi jurnalistlər üçün seminar keçirir

Bakı. 23 may. REPORT.AZ/ “Ötən 10 il əzində 440 insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib”.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev rəhbəri olduğu idarənin və Mətbuat Şurasının KİV nümayəndələri üçün təşkil etdiyi seminarda bildirib.

O deyib ki, 2015-ci ildə Azərbaycanda 26 916 cinayət hadisəsi qeydə alınıb: “Bunlardan 28 fakt insan alveri və məcburi əmək cinayətləri ilə bağlı olub. Bu da cinayətlərin 0,48 faizini təşikl edir. 2016-cı ilin ilk 4 ayı ərzində 78 insan alveri faktı qeydə alınıb”.

Qeyd edək ki, jurnalistlər üçün keçirilən seminarda DİN-lə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da iştirak edir.

Son xəbərlər

Orphus sistemi