ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Mətbuat Şurası müsabiqə elan edib

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Mətbuat Şurası müsabiqə elan edib Mayın 1-dən noyabrın 30-adək məişət zorakılığına dair yayımlanan video reportajlar qiymətləndirəcək
Media
13 May , 2015 14:49
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Mətbuat Şurası müsabiqə elan edib

Bakı. 13 may. REPORT.AZ/ ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Mətbuat Şurası Azərbaycanda məişət zorakılığı sahəsində mövcud olan problemləri işıqlandıran ən yaxşı video reportajlar üçün müsabiqə elan edib.

Bu barədə "Report"a Şuradan məlumat verilib.

Məlumatda bildirilib ki, ATƏT, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələrindən ibarət qiymətləndirmə komissiyası mayın 1-dən noyabrın 30-dək məişət zorakılığına dair yayımlanan video reportajları qiymətləndirəcək.

Müsabiqə üçün həmin müddətdə ənənəvi və elektron televiziya kanallarında yayımlanan video reportajlar təqdim oluna bilər.

Dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

Qaliblər sertifikat və pul mükafatları ilə təltif ediləcək. Müsabiqədə 1-ci yerə - 1500 AZN, 2-ci yerə – 1200 AZN, 3-cü yerə – 1000 AZN pul mükafatı veriləcək.

Xüsusi mükafat - “Gənc jurnalistin təqdim etdiyi ən uğurlu reportaj” (25 yaşına çatmamış müəlliflər arasında) – 1000 AZN pul mükafatı alacaq.

Son xəbərlər

Orphus sistemi