Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparacaq

Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparacaq Monitorinq qrupunun üzvləri saat 15.00-dan 17.00-dək aksiyanın keçiriləcəyi məkanda olacaq
Media
15 Mart , 2015 12:08
Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparacaq

Bakı. 15 mart. REPORT.AZ/ Milli Şuranın bu gün "İnşaatçılar" metrostansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirəcəyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqi aparılacaq.

"Report" xəbər verir ki, bu məqsədlə Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvləri saat 15.00-dan 17.00-dək aksiyanın düzənlənəcəyi məkanda olacaqlar.

Şuranın mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvləri də prosesdə iştirak edəcəklər. Onlar jurnalistlərə peşə fəaliyyətlərini yerinə yetirmələri üçün yaradılmış şəraiti nəzərdən keçirəcəklər.

Bundan başqa MŞ-nin (012) 441 35 30 telefon nömrəsi də saat 15.00-dan 17.00-dək "qaynar xətt" rejimində fəaliyyət göstərəcək.

Azərbaycan Mətbuat Şurası mitinqi işlıqlandıracaq bütün jurnalistlərdən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdən olmalarını xahiş edir.

Son xəbərlər

Orphus sistemi