Yuxarı

Mətbuat Şurası “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda “dəyirmi masa” keçirir

“Barəsində məlumat yayılan qurumların mətbuat xidmətləri KİV-ləri məlumatlandırmırlar”

Bakı. 20 noyabr. REPORT.AZ/ “Azərbaycan mətbuatı ölkədə baş verən proseslərə həmişə həssas yanaşıb. İstər cəbhə xəttindəki baş verənlər, istərsə də bir müddət öncə manatın devalvasiyası ilə bağlı mövzularda peşəkarlıq nümayiş etiriblər. Amma təəssüflər olsun ki, bir sıra xoşagəlməz məqamlar da olub”.

“Report”un məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda "dəyirmi masa"da çıxışı zamanı deyib.

O bildirib ki, bəzi xəbər portalları süni ajiotaj yaradırlar: “Bunlar bilərəkdən və ya bilməyərəkdən baş verir. Bu, bəzən daha çox oxucu toplamaq üçün edilir. Son proseslərlə bağlı olanlar isə bilərəkdən yazılır. Başqa məqam da ondan ibarətdir ki, ölkədə hadisə baş verir, saytlar da tirajlanır. Amma barəsində məlumat yayılan qurumların mətbuat xidmətləri kütləvi informasiya vasitələrini məlumatlandırmırlar. Əslində, bu onların vəzifə borcudur”.

Ə.Amaşov vurğulayıb ki, son günlər Milli Təhlükəsizlik Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı yayılan məlumatlar bəzi hallarda özünü doğrultmur: “Düzdür, mətbuat baş verənləri diqqədə saxlamalıdır. Amma məsələyə peşəkar yanaşma olmalıdır. Bəzi peşəkar KİV-lər həmişəki kimi peşəkarlıq nümayiş etdirdilər. Bu məsələ ilə bağlı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mövqe bildirdi. O, birmənalı qeyd etdi ki, mətbuatda yayılan dezinformasiyaların qarşısını hüquqi yolla almaq mümkündür. Amma biz istəyirik ki, bu məsələləri hüquqi müstəvidə deyil, media müstəvisində həll edək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi