​Mətbuat Şurası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə müsabiqə elan edib

​Mətbuat Şurası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə müsabiqə elan edib Müsabiqəyə may ayının 20-dən iyun ayının 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində gedən yazılar təqdim oluna bilər
Media
19 May , 2016 14:47
​Mətbuat Şurası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə müsabiqə elan edib

Bakı. 19 may. REPORT.AZ/ Mətbuat Şurası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edib. 

Şuradan "Report"a verilən məlumata görə, müsabiqədə I yer üçün 1 nəfər olmaqla 1000, II yer üçün 2 nəfər olmaqla 700, III yer üçün 3 nəfər olmaqla 500 manat nəzərdə tutulub. Həvəsləndirici mükafat 5 nəfərə 300 manat veriləcək.

Müsabiqəyə təqdim olunan yazılarda materialların mövzunu dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti, ifadə vasitələrinin zənginliyi, oxucu üçün informasiyalılıq dərəcəsi, qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisəyə üstünlük veriləcək.

Müsabiqəyə 2016-cı ilin may ayının 20-dən iyun ayının 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar təqdim oluna bilər. 

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

Son xəbərlər

Orphus sistemi