Yuxarı

Mətbuat Şurası jurnalistlərə gödəkcələr paylayıb - FOTO

Gödəkcələri jurnalistlərə şura sədri Əflatun Amaşov təqdim edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarına üzərində “PRESS” yazılmış xüsusi gödəkcələr paylayıb.

“Report”un xəbərinə görə, gödəkcələri jurnalistlərə Şura sədri, millət vəkili Əflatun Amaşov təqdim edib.

Ə.Amaşov çıxış edərək deyib ki, Mətbuat Şurası jurnalistlər üçün nəzərdə tutulmuş gödəkcələri Daxili İşlər Nazirliyi ilə birgə hazırlayıb. Ümumilikdə 300 gödəkçə hazırlanıb.

O bildirib ki, jurnalistlər kütləvi tədbirləri, xüsusiilə də mitinqləri işıqlandırarkən üzərində “PRESS” yazılmış xüsusi gödəkcələr geyinməlidir: “Bu, onları təhlükəsizliyi üçün çox önəmlidir”.

Qeyd edək ki, yaxın müddətdə həmin gödəkcələrin digər hissəsi də KİV redaksiyalarına paylanacaq.

Foto: Elşən Baba

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi