Mətbuat Şurası bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək

Mətbuat Şurası bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək Yaxın vaxtlarda "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçiriləcək
Media
3 Oktyabr , 2017 13:00
Mətbuat Şurası bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək
Mətbuat Şurasının sədri Əflatun Amaşov / Report.az

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.

“Report”un xəbərinə görə, bunu MŞ sədri Əflatun Amaşov deyib.

O bildirib ki, Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası fəaliyyətini genişləndirib: “Məbuat Şurasının üzvləri, media nümayəndələri həmin komissiyanın işində iştirak edirlər. Artıq bundan sonra Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və digər əlaqədar qurumların nümayəndələri iclaslarda iştirak edəcəklər. Reketliklə bağlı məsələni daha geniş müstəvidə müzakirə edəcəyik. Ola bilsin ki, bəzi məsələlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilsin”.

Mətbuat Şurasının sədri qeyd edib ki, ayrı-ayrı əlaqədar dövlət qurumlar öz nümayəndələrini "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına təhkim ediblər.

Şura sədri qeyd edib ki, yaxın vaxtlarda komissiyanın iclası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi