​Mətbuat Şurası Belçika Türkcə Media Birliyi ilə anlaşma memorandumu imzalayıb

​Mətbuat Şurası Belçika Türkcə Media Birliyi ilə anlaşma memorandumu imzalayıb Sənəd sözügedən qurumun sədri Hüseyn Dönməzin, sədr müavini Cəlil Gündoğdunun Şuradakı müzakirələri nəticəsində ərsəyə gəlib
Media
1 İyun , 2016 11:48
​Mətbuat Şurası Belçika Türkcə Media Birliyi ilə anlaşma memorandumu imzalayıb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası Belçikada fəaliyyət göstərən Belçika Türkcə Media Birliyi ilə anlaşma memorandumu imzalayıb.

Şuradan "Report"a verilən məlumata görə, sənəd sözügedən qurumun sədri Hüseyn Dönməzin, sədr müavini Cəlil Gündoğdunun, həmçinin Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmircinin, Türk Ocaqları Gent-Belçika Mərkəzinin rəhbəri Rəcəb Tuncer Sarının şuradakı müzakirələri nəticəsində ərsəyə gəlib.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi təşkilat ölkə jurnalistlərinin özünütənzimləmə orqanı kimi 2003-cü ildə yaradılıb. Qurumun missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Mövcud xüsusda başlıca diqqət müxtəlif vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılmasına, qərar və rəylərin çıxarılmasına yetirilir. Ə.Amaşov, həmçinin Mətbuat Şurasının beynəlxalq əlaqələri barədə də məlumat verib. Xüsusən türk dünyasının ayrı-ayrı bölgələrində fəaliyyət göstərən media qurumları ilə intensiv münasibətlərdən söz açıb.

Qeyd edək ki, Belçika Türkcə Media Birliyi Belçikada, eləcə də Avropanın bir sıra ətraf bölgələrində fəaliyyət göstərən TV, radio, qəzet və jurnallarda çalışan türk jurnalistləri özündə birləşdirir. Görüşdə qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Azərbaycan Mətbuat Şurası ilə bağlanmış memorandumun əhəmiyyəti izah edilərkən bildirilib ki, sənəd Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə yayılmasına dəstək, habelə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından önəm daşımaqdadır. 

Son xəbərlər

Orphus sistemi