​Məhkəmə İTV əməkdaşının Qulu Məhərrəmliyə qarşı verdiyi apellyasiya şikayətini təmin etməyib

​Məhkəmə İTV əməkdaşının Qulu Məhərrəmliyə qarşı verdiyi apellyasiya şikayətini təmin etməyib Səbail Rayon Məhkəməsinin çıxardığı qərardad qüvvədə saxlanılıb
Media
1 İyun , 2016 18:07
​Məhkəmə İTV əməkdaşının Qulu Məhərrəmliyə qarşı verdiyi apellyasiya şikayətini təmin etməyib

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində İctimai Televiziyanın (İTV) əməkdaşı Rauf Rəcəbovun professor, əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı verdiyi apellyasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a Q.Məhərrəmlinin nümayəndəsi Nicat Gözəlov məlumat verilib.

Onun sözlərinə görə, hakim Sənan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Səbail Rayon Məhkəməsinin çıxardığı qərardad qüvvədə saxlanılıb.

Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsi iddianın aidiyyəti üzrə düzgün verilidiyini və Səbail Rayon Məhkəməsində baxılmalı olduğunu hesab edib.

Qeyd edək ki, Q.Məhərrəmli R.Rəcəbovu məhkəməyə verib. O, İTV-nin əməkdaşına qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Q.Məhərrəmli R.Rəcəbovun mətbuatda onun barəsində yazdığı məqaləyə görə Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə cəzalandırılmasını istəyib. Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayev şikayəti icraata götürməyib. O, iddianı əsassız sayıb.

Bundan başqa, Q.Məhərrəmli R.Rəcəbovla bağlı mülki iş əsasında Səbail Rayon Məhkəməsinə müraciət edib. O, şərəf və layaqətin, işgüzar nüfuzun qorunması, təkzib verilməklə üzr istənilməsi və zərərin ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə prosesində R.Rəcəbov mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib. İTV-nin əməkdaşı həmin qərardan apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi