Məhkəmə ​ANS-in vəsatətini təmin edib

Məhkəmə ​ANS-in vəsatətini təmin edib Məhkəmənin növbəti iclasları aprelin 12-si və 15-nə təyin olunub
Media
11 Aprel , 2016 10:43
Məhkəmə ​ANS-in vəsatətini təmin edib

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verilmiş iki apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

"Report"un məlumatına görə, hakimlər -  Həsən Əhmədov və İlqar Murquzovun sədrliyi ilə keçirilən proseslərdə ANS-in müdafiəçiləri Yalçın Hacızadə və Sevda Məhərrəmova vəsatətlə çıxış edib.

Vəkillər müdafiələrini daha yaxşı təmin eləmək üçün məhkəmədən vaxt istəyib. Vəsatətlər təmin edilib.

Məhkəmənin növbəti iclasları aprelin 12-si və 15-nə təyin olunub.

Qeyd edək ki, ANS ÇM radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 min manat məbləğində cərimələyib.

2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsi ANS ÇM radiosunun MTRŞ-ya qarşı şikayətlərinə baxıb. Məhkəmə işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərarlar qəbul edib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub. Bundan sonra ANS ÇM radiosu yenidən Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Şuranın qərarlarını qüvvədə saxlayıb. Qərardan narazı qalan ANS ÇM radiosu apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi