Yuxarı

​Məhkəmə ANS-in MTRŞ-ya qarşı daha bir iddiasını təmin edib

İş yenidən baxılması üçün MTRŞ-ya göndərilib

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı inzibatı iddiasına baxılıb.

"Report"un məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, ANS-in iddası təmin edilib. İş yenidən baxılması üçün MTRŞ-ya göndərilib.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 05 oktyabr 2015-ci il və 13 oktyabr 2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. On dörd şikayət üzrə Səbail Rayon Məhkəməsinin qərarları ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Xatırladaq ki, daha əvvəl Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin MTRŞ-ya qarşı on şikayətinə baxılıb. Həmin iclaslarda da ANS-in iddiası təmin edilib. İş yenidən baxılması üçün MTRŞ-ya göndərilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi