​Məhkəmə ANS-in üç apellyasiya şikayətini təmin etməyib

​Məhkəmə ANS-in üç apellyasiya şikayətini təmin etməyib Birinci instansiya məhkəməsinin çıxardığı qərarlar qüvvədə saxlanılıb
Media
25 Aprel , 2016 10:00
​Məhkəmə ANS-in üç apellyasiya şikayətini təmin etməyib

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verilmiş apellyasiya şikayəti üzrə üç məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, ayrı-ayrı hakimlər - Həsən Əhmədov və İlqar Murquzovun sədrliyi ilə keçirilən proseslərdə qərarlar elan olunub.

Qərarlara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərarlar qüvvədə saxlanılıb. ANS-in apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, MTRŞ ötən ilin dekabrında ANS ÇM radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar ANS Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 min manat məbləğində cərimələyib.

2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsi ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxıb. Məhkəmə işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərarlar qəbul edib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub. Bundan sonra ANS yenidən Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Şuranın qərarlarını qüvvədə saxlayıb. Qərardan narazı qalan ANS apellyasiya şikayəti verib.

Xatırladaq ki, daha əvvəl Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-ya qarşı verilmiş apellyasiya şikayəti üzrə doqquz məhkəmə iclasına baxılıb. Həmin iclaslarda da birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. ANS-in apellyasiya şikayətləri təmin edilməyib.

Son xəbərlər

Orphus sistemi