Yuxarı

​Məhkəmə ANS-in daha altı şikayətini təmin etməyib

Birinci instansiya məhkəməsinin çıxardığı qərarlar qüvvədə saxlanıb

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verdiyi apellyasiya şikayəti üzrə daha altı məhkəmə iclası keçirilib.

“Report”un məlumatına görə, ayrı-ayrı hakimlərin sədrliyi ilə keçirilən proseslərdə qərarlar elan olunub.

Qərarlara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərarlar qüvvədə saxlanıb. ANS-in apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, MTRŞ ötən ilin dekabrında ANS ÇM radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar ANS Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 min manat məbləğində cərimələyib. 2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsi ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxıb. Məhkəmə işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərarlar qəbul edib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub. Bundan sonra ANS yenidən Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Şuranın qərarlarını qüvvədə saxlayıb. Qərardan narazı qalan ANS apellyasiya şikayəti verib. Xatırladaq ki, daha əvvəl Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-ya qarşı verilmiş apellyasiya şikayəti üzrə doqquz məhkəmə iclasına baxılıb. Həmin iclaslarda da birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. ANS-in apellyasiya şikayətləri təmin edilməyib.

Xatırladaq ki, daha əvvəl Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-ya qarşı verilmiş apellyasiya şikayəti üzrə on doqquz məhkəmə iclasına baxılıb. Həmin iclaslarda da birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanıb. ANS-in apellyasiya şikayətləri təmin edilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi