Məhəmməd Əxgəri: "Azərbaycan və İran media strukturları arasında əlaqələri möhkəmləndirmək niyyətindədir"

Məhəmməd Əxgəri: "Azərbaycan və İran media strukturları arasında əlaqələri möhkəmləndirmək niyyətindədir" İki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün işçi qrupun yaradılması haqqında qərar qəbul edilib
Media
14 May , 2015 18:22
Məhəmməd Əxgəri: Azərbaycan və İran media strukturları arasında əlaqələri möhkəmləndirmək niyyətindədir

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan və İran media strukturları arasında əlaqələri möhkəmləndirmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib. 

Azərbaycanda keçirdiyi görüşlərdən danışan M.Əxgəri qeyd edib ki, görüşlərdə İran və Azərbaycan KİV-ləri arasında əməkdaşlığın dərinləşdirilməsi məsələsi ilə məşğul olacaq işçi qrupun yaradılması haqqında qərar qəbul edilib. O vurğulayıb ki, bu əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial var. 

İranda televiziyanın fəaliyyəti haqqında danışan M.Əxgəri bildirib ki, ölkədə dünyanın bir çox dillərində kanallar fəaliyyət göstərir, eləcə də xatırladıb ki, mayın 24-dən İranda Azərbaycan dilində kanal yayımlanmağa başlayacaq: "Ümid edirik ki, bu kanal - "Sahar Azeri"  Azərbaycan və İran arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək". O əlavə edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən olan rəsmi şəxslərlə görüşlərdə həmin kanalın "AzerSpace1" peyki vasitəsilə yayımlanması məsələsi müzakirə olunub. 

M.Əxgəri qeyd edib ki, iki ölkə arasında birliyin olmasını nəzərə alaraq, kanalda iqtisadi, siyasi, mədəni və idman mövzularında verilişlər nümayiş olunacaq. 

O, həmçinin bildirib ki, kanalda 20 peşəkar əməkdaş çalışacaq.

Son xəbərlər

Orphus sistemi