Mədəniyyət və Turizm Nazirliyi fərdi jurnalist müsabiqəsinin qaliblərini mükafatlandırıb

Mədəniyyət və Turizm Nazirliyi fərdi jurnalist müsabiqəsinin qaliblərini mükafatlandırıb Ümumilikdə 16 nəfərə diplom və pul mükafatları təqdim olunub
Media
19 Dekabr , 2016 15:48
Mədəniyyət və Turizm Nazirliyi fərdi jurnalist müsabiqəsinin qaliblərini mükafatlandırıb

Bakı. 19 dekabr. REPORT.AZ/ M.F.Axundov adına Milli Kitabxanada "BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur” fərdi jurnalist müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib keçirilib.

“Report”un məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  2016-cı il "Multikulturalizm ili" elan olunmuşdu və nəticələri faydalı oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icracı direktoru Vüqar Səfərli müsabiqə haqqında məlumat verib: "Müsabiqə çərçivəsində 28 mətbu orqandan 48 yazı daxil olub. Yazılar Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri tərəfindən araşdrılıb və qiymətləndirilib”.

Tədbirdə birinci yerin qalibinə 1000, ikinci yeri tutmuş iki nəfərə 800, üçüncü yeri tutmuş üç nəfərə isə 600 manat və diplomlar təqdim olunub. Həmçinin 10 nəfərə 300 man dəyərində həvəsləndirici mükafatlar verilib. 

Son xəbərlər

Orphus sistemi