Yuxarı

Masazır sakinləri küçələrə zibil qablarının qoyulmamasından şikayətlənirlər - FOTO

Masazır sakinləri küçələrə zibil qabılarının olmamasından şikayətlənir

Abşeron rayonu, Masazır qəsəbəsinin sakinləri bələdiyyənin fəaliyyətindən şikayətçidirlər. Belə ki, onlar qəsəbə ərazisində zibil qablarının olmadığını, nəticədə evlərin qarşısında və küçələrdə antisanitariya yarandığını bildirirlər.

Məsələ ilə bağlı Masazır bələdiyyəsindən münasibət öyrənmək mümkün olmayıb.

Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən isə “Report”a bildirilib ki, qəsəbə ərasizisində zibillərin yığılmasını bir MMC (adı açıqlanmayıb - "Report") üzərinə götürüb: “Onlar da sakinlərlə razılaşıblar ki, zibili həftədə üç dəfə küçə-küçə yığsınlar. Yəni, hər kəs zibilini öz qapısının yanına qoyur, maşın da gəlib yığıb aparır. Bəzən kimlərsə zibili küçənin ortasına gətirib tökür. Sakinlər bəzən qoyunların dərilərini, baş-ayağını və içalatını gətirib yola atırlar. Belə olanda həmin zibillərin sabaha qalmasını qoymuruq, yəni çalışırıq ki, problem olmasın”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi