Yuxarı

Məşhur azərbaycanlı telejurnalist Ukraynanın "qara siyahısına" düşüb

Siyahıya daha bir neçə məşhur rus jurnalisti də daxil edilib

Bakı. 29 avqust. REPORT.AZ/ Ukraynanın Televiziya və Radio Məsələləri üzrə Milli Şurası ölkəyə 49 rus jurnalistin daxil olduğu siyahı tərtib edib. Həmin jurnalistlərə ölkə ərazisinə giriş qadağan olunub. 

Report İnterfaks-a istinadən xəbər verir ki, siyahı Ukraynanın Təhlükəsizlik Xidmətinə göndərilib. 

Siyahıya Rusiyanın "Birinci kanal"ın telejurnalsiti, azərbaycanlı İradə Zeynalova da  daxil edilib. Ondan başqa, həmin siyahıda "Birinci kanal"ın rəhbəri Konstantin Ernst,  "Russia Today"in baş redaktoru Marqarita Simonyan, jurnalist Dmitri Kiselyov, şoumen İvan Oxlobıstin və s. adları da var.

Bir müddət əvvəl Ukrayna hökuməti ölkənin ərazisində rus telekanalının yayımına qadağa qoyub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi