“Lider” Televiziyası 17 yaşını qeyd edir

“Lider” Televiziyası 17 yaşını qeyd edir “Lider” TV yarandığı gündən Azərbaycan izləyicisinə maraqlı intellektual və maarifləndirici proqramlar təqdim edib
Media
1 Sentyabr , 2017 14:30
“Lider” Televiziyası 17 yaşını qeyd edir

Bakı. 1 sentyabr. REPORT.AZ/ “Lider” Televiziyasının yaranmasından 17 il ötür.

“Report”un xəbərinə görə, 2000-ci ildə fəaliyyətə başlayan “Lider” TV yarandığı gündən Azərbaycan izləyicisinə maraqlı intellektual və maarifləndirici proqramlar, operativ informasiya buraxılışları təqdim edib. Bu illər ərzində unudulmaz telelayihələrə efir verən “Lider” TV izləyicisinə faydalı olacaq və dəyər qatacaq verilişlərə imza atıb.

Eyni istiqamətdə fəaliyyətini davam etdirən telekanal yeni mövsümdə, demək olar ki, əyləncə tipli verilişlərdən imtina edib. Yerli telekanallarda əyləncə xarakterli verilişlərin çoxluğunu nəzərə alaraq, “Lider” TV cəmiyyətdə maraq doğuran və onları narahat edən məsələlərlə bağlı verilişlərin sayını artırıb. Bununla da “Lider” yenə öz fərqliliyini nümayiş etdirir.

Uzun zamandır, telekanal informasiya buraxılışlarının sayını artırıb. Artıq hər iki saatda bir “Səda” xəbərlər efirdə olacaq. Siyasi və sosial xəbərlərlə yanaşı “Səda Ekonomiks”, “Telestadion”, “Səda Mədəniyyət”, “Səda Region”, “Səda Dünya”, “Kriminform” ayrılıqda xəbər buraxılışları olacaq.

Telekanalın analitik və maarifləndirici verilişləri yeni mövsümdə də davam edəcək, “Qum saatı”, “Mənim dostum”, “ Analar məktəbi” “Seçim”, “Mövqe”, “Əsgər andı” verilişii nümayiş olunacaq.

Bununla yanaşı, “Səda”nin əsas buraxılışı, “Sədadan sonra”, ölkədə və dünyada baş verən hadislərin analizi, ardınca isə sosial məsələlərə həsr olunmuş verilişlər təşkil olunacaq.

Yeni mövsümdə həm də yeni serialların izləyicilərə təqdim olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi