Latviyalı deputat: "AzTV-nin fəaliyyəti təqdirəlayiqdir"

Latviyalı deputat: "AzTV-nin fəaliyyəti təqdirəlayiqdir" Latviyanın keçmiş ətraf mühitin mühafizəsi və bölgələrin inkişafı naziri, hazırda iqtidar partiyasından deputat Roman Naudinş sosial şəbəkədə Azərbaycan Dövlət Televiziyası barədə yazı paylaşıb.
Media
14 Dekabr , 2019 16:50
Latviyalı deputat: AzTV-nin fəaliyyəti təqdirəlayiqdir

Latviyanın keçmiş ətraf mühitin mühafizəsi və bölgələrin inkişafı naziri, hazırda iqtidar partiyasından deputat Roman Naudinş sosial şəbəkədə Azərbaycan Dövlət Televiziyası barədə yazı paylaşıb.

“Report” xəbər verir ki, Latviya Seyminin üzvü azərbaycanlı babasından müsahibə götürməsindən rəğbətlə bəhs edib.

“Bu gün dost Azərbaycandan gələn AzTV məndən, hətta babam azərbaycanlı İdris bəydən müsahibə götürüb. Azərbaycan televiziyasından bu cür təşəbbüsü ilk dəfədir gördüm. Çox maraqlı addımdır. Qeyd edim ki, son vaxtlar AzTV efirində çox müsbət dəyişikliklər sezilir, Azərbaycandan uzaqda olan biz də verilişlərinizi maraqla izləyirik. Dünyanın müxtəlif xalqlarına həsr olunmuş maraqlı proqramlar, ictimaiyyətin diqqətini dünyanın mühüm problemlərinə yönəldən verilişlər, həmçinin Azərbaycan dostlarının sayını artırmaq yönündəki səylər təqdirəlayiqdir. Bu məsul vəzifədə sizə uğurlar arzulayıram”.

Qeyd edək ki, Latviyanın Avropa İttifaqında tanınan ictimai xadimlərindən olan R.Naudinşin babası İdris İbrahimov əslən Siyəzən rayonundandır, vaxtilə Latviyaya köçüb.

Son xəbərlər

Orphus sistemi