Yuxarı

"Kommersant"​: I Avropa Oyunları Azərbaycan üçün hələ uzun müddət böyük qürur mənbəyi olacaq

Azərbaycanın nailiyyətlərini əks etdirən siyahı olduqca cəlbedici və möhtəşəm oldu

Bakı. 29 iyun. REPORT.AZ/ "Birinci Avropa Oyunları Azərbaycan üçün hələ uzun müddət böyük qürur mənbəyi olacaq. Azərbaycan bu Oyunları keçirməklə dünyaya öz gücünü göstərmək imkanı əldə etdi və bu gücün kifayət qədər olduğunu göstərə bildi". "Report" xəbər verir ki, bu barədə "Kommersant" qəzetinin dərc etdiyi Bakıda keçirilən I Avropa Oyunlarının bağlanış mərasiminə həsr olunan məqaləsində qeyd olunur.

"Azərbaycanın nailiyyətlərini əks etdirən siyahı olduqca cəlbedici və möhtəşəm oldu. Burada mütləq şəkildə öz genişliyinə və maddi dəyərinə görə Olimpiya oyunlarına yaxın bu kimi Oyunların Azərbaycan tərəfindən keçirilməsi faktını qeyd etmək lazımdır (baxmayaraq ki, bu Oyunlara 1 mlrd dollardan az məbləğ sərf edilib, 2012-ci il London Olimpiadasına isə 10 mlrd dollar vəsait xərclənmişdi). Bundan əlavə, nəzərə almaq lazımdır ki, bu Oyunlara hazırlaşmaq üçün Azərbaycanın iki dəfə az - təxminən üç ilə yaxın vaxtı var idi", - məqalədə deyilir.

Oyunların açılış və bağlanış mərasimləri xüsusilə yaddaqalan məqamlar kimi qeyd olunur.

Məqalənin müəllifi qeyd edir ki, "Azərbaycan və bu ölkədə insan haqları ilə bağlı səslənən stereotiplər qərb siyasətçilərini bu yarışlara etinasızlıq göstərməyə sövq etdi, lakin qərb idmançıları Oyunlarda iştirak etdilər və sonradan öz təəssüratlarını bölüşərək ev sahiblərinin qonaqpərvərliyindən, həmçinin burada açıq cəmiyyət olduğundan danışırdılar.

"Nəhayət, buraya Azərbaycanın medal nailiyyətlərini də daxil etmək lazımdır. Artıq çoxdan idman sahəsində tutarlı sözünü deyə bilən ölkə idmançılarının elita ilə müqayisə olunan qaydada əsl gücünü nümayiş etdirmək üçün lazım olan imkanı yox idi. Burada isə ölkə idmançıları parlaq çıxış nümayiş etdirdilər və 50-dən artıq medal qazandılar (onlardan 21-i qızıldır)", - "Kommersant" yazır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi