Yuxarı

Komitə: İkinci "Jurnalistlər binası"nın sakinlərinə yaxın günlərdə "kupça" veriləcək

Komitə: Jurnalistlər üçün tikilən ikinci binanın sakinlərinə yaxın gün

İkinci "Jurnalistlər binası"nın sakinlərinə çıxarış ("kupça") veriləcək.

Bu barədə "Report"a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi