Yuxarı
    Bağlamaq

    KİVDF-nin elan etdiyi fərdi jurnalist yazısı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib

    Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə iştirak edib

    Bakı. 24 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazısı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

    “Report”un xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, KİV rəhbərləri, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak edib.

    KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, rəhbərlik etdiyi qurum bu il 10 müsabiqə elan edib, onlardan üçü fond tərəfindən keçirilib, digər 7 müsabiqəni isə KİVDF Mədəniyyət və Turizm Nazirliyi, Nizami, Suraxanı rayon və Gəncə şəhər İcra hakimiyyətləri, “Azərsu” və “Azərişıq” ASC-lərlə birgə keçirib: “Bu il “Multikulturalizm ili” ilə əlaqədar olaraq iki müsabiqə keçirdik. Bundan başqa, Xaçmaz və İsmayıllı rayonlarında da tədbirlər təşkil olunub".
    V.Səfərli qeyd edib ki, bu il KİVDF-nin elan etdiyi müsabiqələrdə 806 jurnalist iştirak edib. Onlardan 445 jurnalist qalib elan edilib. 100 qalib yazının kitab halında çap olunduğunu deyən KİVDF rəhbəri bildirib ki, bu il kitabın ikinci cildi çapdan çıxıb. Kitabda 57 müəllifin yazısı dərc edilib.
    O əlavə edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən müsabiqəyə 160 yazı daxil olub və həmin yazılardan 114-ü qalib elan edilib.
    Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Azərbaycan mediası bugünkü qədər heç vaxt güclü olmayıb. O bildirib ki, qlobal dünyada baş verən hadisələr, böyük dövlətlərin kiçik dövlətlərə münasibətləri aydın görünür: “Bu gün Azərnbaycan jurnalistlikası güclü bir institutdur. Azərbaycan mediası istər daxili, istərsə də xarici imicinin formalaşdırılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm töhfə verib”.
    Sonra çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, medianın cəmiyyətdə rolu böyükdür. O, Azərbaycan dövlətinin beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsində medianın roluna ehtiyac olduğunu qeyd edib.
    Sonra qalib jurnalistlər mükafatlandırılıb.
    Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra konsert proqramı ilə davam etdirilb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi