KİV nümayəndələri arasında III atıcılıq turniri keçiriləcək

KİV nümayəndələri arasında III atıcılıq turniri keçiriləcək Turnir ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr ediləcək
Media
8 Aprel , 2016 15:08
KİV nümayəndələri arasında III atıcılıq turniri keçiriləcək

Bakı. 8 aprel. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən III atıcılıq turnirinə start verir. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.

Turnir mayın 6-da "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında keçiriləcək. Yarışda 3 nəfərdən təşkil olunan KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər.

İki mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanın tərkibi haqqında məlumatı aprelin 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud [email protected] elektron ünvanına göndərmək xahiş olunur. Məlumata aşağıda qeyd olunanlar daxil edilməlidir: komanda üzvlərinin soyadı, adı, atasının adı, təvəllüdü, vəzifəsi.

Son xəbərlər

Orphus sistemi