​Azərbaycanda KİV nümayəndələri arasında atıcılıq turniri keçiriləcək

​Azərbaycanda KİV nümayəndələri arasında atıcılıq turniri keçiriləcək Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır
Media
7 Aprel , 2015 15:26
​Azərbaycanda KİV nümayəndələri arasında atıcılıq turniri keçiriləcək

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən II atıcılıq turnirinə start verir. Bu barədə "Report"a Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır. Turnir mayın 2-də "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında keçiriləcək. Yarışda 3 nəfərdən təşkil olunan KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. Turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanın tərkibi haqqında məlumatı aprelin 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud [email protected] elektron ünvanına göndərmək xahiş olunur. Məlumata komanda üzvlərinin adı, soyadı, atasının adı, təvəllüdü, vəzifəsi daxil edilməlidir.

Son xəbərlər

Orphus sistemi