Jurnalistikaya qəbul olmaq üçün qabiliyyət imtahanı verənlər son üç ilin ən yaxşı nəticəsini göstərib

Jurnalistikaya qəbul olmaq üçün qabiliyyət imtahanı verənlər son üç ilin ən yaxşı nəticəsini göstərib Cahangir Məmmədli: "Jurnalistika fakültələrinin bağlanmaq təhlükəsi yaranmışdı"
Media
3 Avqust , 2016 16:17
Jurnalistikaya qəbul olmaq üçün qabiliyyət imtahanı verənlər son üç ilin ən yaxşı nəticəsini göstərib

Bakı. 3 avqust. REPORT.AZ/ "Bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyi ilə qeydiyyatdan keçən abituriyentlərin sayı əvvəlki illərdən çox olub".

Bunu "Report"a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiyaelmləri doktoru, professor Cahangir Məmmədli deyib.

C.Məmmədli bu il yaradıcılıq imtahanının yüksək səviyyədə keçdiyini bildirib: "İmtahana qatılmaq üçün əvvəllcə 800-dən çox abituriyent qeydiyyatdan keçmişdi. Sonra onlardan 539-u qaldı. İmtahana isə 244 nəfər gəldi. İmtahanlar Mətbut Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və digərlərinin iştirakı ilə keçirildi. Maraqlı mövzular verilmişdi. 244 iştirakçıdan 154 nəfəri imtahandan keçib. Bu, son 3 ilin ən yüksək göstəricisidir".

C.Məmmədli xatırladıb ki, keçən il jurnalistika fakültələrinə ümumillikdə 51 nəfər qəbul olmuşdu. Onlardan 46-sı BDU-ya, 4-ü Bakı Slavyan Universitetinə, 1-i Naxşıvan Dövlət Universitetinə qəbul olub. Bu vəziyyətdə fakültələrin bağlanmaq təhlükəsi olduğunu deyən C.Məmmədli bildirib ki, bu il 130-dan çox abituriyentin qəbul olacağını düşünür: "Abituriyentlərə demək istəyirəm ki, narahat olmasınlar. Təxminən 160 plan yerinə 154 abituriyent qalıb. Onlar əgər birinci jurnalistikanı yazıblarsa, demək olar ki, qəbul olublar. Məsələn, BDU-nun Jurnalistika fakültəsinə bu il 105 yer ayrılıb. Düşünürəm ki, həmin yerlər dolacaq. Tələbələrin sayının artıq olması Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi üçün çox vacibdir. Bu, həm də cəmiyyət üçün faydalıdır ki, media sisteminə jurnalistika fakültəsini bitirən insanlar daxil olur. Ümid edirəm ki, qeydiyyatdan sonra jurnalistika üzrə fakültələrə maraqlı, yaradıcılıq cəhətdən yoxlanılmış, istedadlı abituriyentlər qəbul olacaqlar".

Son xəbərlər

Orphus sistemi