Bakı. 14 avqust. REPORT.AZ/ "Azərbaycanda jurnalistika ixtisasına qəbul prosesində həyata keçirilən qabiliyyət imtahanından az sayda abituriyentin keçməsi bu vasitənin özünü doğrultmadığını göstərdi". Bunu "Report"a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli deyib.
"Biz hamımız cəhd göstərdik ki, jurnalistika fakültəsinə qabiliyyət imtahanları tətbiq olunsun. Əslində, yaradıcılıq tələb edən ixtisas olduğuna görə qabiliyyət imtahanı lazımdır. Ötən il qabiliyyət imtahanından az sayda abituriyentin keçməsinin təsadüf olduğunu hesab etdim. Bu il də eyni vəziyyət yarandı və bu halın təsadüf olmadığını düşünürəm", - kafedra müdiri bildirib.
C.Məmmədli əlavə edib ki, əgər fakültəyə qabiliyyət imtahanı ilə bağlı iki il eyni problem yaranırsa, deməli, prosesdə nöqsanlar var: "Nöqsanlardan ən başlıcası imtahan götürən adamların pedaqoji peşəkarlığının olmamasıdır. İmtahan götürən insanlar jurnalistikaya həvəslə gələn abituriyentlərdə
Professor
Qeyd edək ki, 2015-2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrində jurnalistika ixtisası üzrə 198 plan yeri ayrılıb. Onların da 90-ı dövlət sifarişli, 108-i isə ödənişli əsaslarladır. Lakin jurnalistika ixtisasına qəbul prosesində qabiliyyət imtahanının olması vəziyyəti xeyli mürəkkəbləşdirib