​Jurnalistika fakültələrinin magistr pilləsinə qəbulla bağlı bakalavrların qeydiyyatı başlanır

​Jurnalistika fakültələrinin magistr pilləsinə qəbulla bağlı bakalavrların qeydiyyatı başlanır Proses 2015-ci il martın 19-dan 29-dək aparılacaq
Media
16 Mart , 2015 15:15
​Jurnalistika fakültələrinin magistr pilləsinə qəbulla bağlı bakalavrların qeydiyyatı başlanır

Bakı. 16 mart. REPORT.AZ/ Mətbuat Şurası (MŞ) yaxın günlərdə jurnalistika üzrə magistraturaya qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində Qabiliyyət imtahanı komissiyasının üzvləri kimi iştirak etməsi nəzərdə tutulan ekspertlərin siyahısını və onlarla bağlı zəruri məlumatları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edəcək. Bu barədə "Report"a MŞ-dən məlumat verilib.

Ali məktəblərin jurnalistika fakültələrinin magistr pilləsində təhsil almaq istəyən və 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsində 50 və daha çox bal toplayan bakalavrların qeydiyyatı martın 19-dan 29-dək aparılacaq. Bunun üçün onlar TQDK-nın internet saytında müvafiq səhifədə (http://eservices.tqdk.gov.az/erizemag/) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulan bölməyə daxil olaraq sorğu anketini doldurmalıdırlar. Məsələ ilə bağlı prosedur qaydalar və proqramlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi orqanı olan "Magistr" jurnalının cari ildə çapdan çıxan 3-cü sayında dərc edilib.

Qeyd edək ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın II mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, magistr pilləsindəki təhsillərini jurnalistika ixtisası üzrə davam etdirə bilərlər.

Son xəbərlər

Orphus sistemi