Jurnalist Zabil Müqabiloğlu vəfat edib

Jurnalist Zabil Müqabiloğlu vəfat edib O, valideynlərinin yanında torpağa tapşırılıcaq
Media
26 Fevral , 2017 23:56
Jurnalist Zabil Müqabiloğlu vəfat edib

Bakı. 26 fevral. REPORT.AZ/ Tanınmış jurnalist Zabil Müqabiloğlu müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) dünyasını dəyişib.

Bu barədə "Report"a jurnalistin yaxınları məlumat verib.

Z.Müqabiloğlu sabah Pirşağı qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılacaq.

Xatırladaq ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Jurnalist mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi.

Qeyd edək ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə “Gunxeber.com” saytına rəhbərlik edib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi