Yuxarı

Jurnalist Pavel Şeremetin qətlinin üç əsas versiyası açıqlanıb

Ukrayna daxili işlər nazirinin müşaviri: Bu məsələdə Rusiya izi də istisna edilmir

Bakı. 20 iyul. REPORT.AZ/ Tanınmış jurnalist Pavel Şeremetin qətli üzrə ilkin olraq üç versiya nəzərdən keçirilir.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Zoyan Şkiryak məlumat verib.

Onun sözlərinə görə, versiyalar arasında jurnalistin peşə fəaliyyəti, bu cür cinayətlər zamanı hər zaman nəzərə alınan düşmən münasibət var, eləcə də Ukraynaya qarşı hibrid müharibəsinin getdiyini nəzərə alsaq, "Rusiya izi" istisna edilmir.

Xatırladaq ki, tanınmış jurnalist Pavel Şeremet bu gün səhər Kiyevin mərkəzində avtomobilinin partlaması nəticəsində dünyasını dəyişib. Partlayış Bakı vaxtı ilə 08:45-də, mərhum telejurnalist evindən bir qədər uzaqlaşdıqdan sonra meydana gəlib.

Qeyd edək ki, o, son beş ildə Kiyevdə yaşayıb, "Ukrainskaya pravda" nəşrində və "Vesti" radiosunda aparıcı kimi çalışıb.

Daha əvvəl isə P.Şeremet Rusiya ORT telekanalında, sonradan isə "Birinci kanal"da işləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi