Bakı. 23 noyabr.
"Report" xəbər verir ki, N.Qədimov Maştağa kənd qəbirstanlığında torpağa tapşırılıb.
Mərasimdə mərhumun yaxınları, dostları və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, N.Qədimov uzun illər ANS telekanalında çalışıb. Son illərdə isə APA TV-də işləyirdi. O, ötən gecə infarktdan vəfat edib. N.Qədimovun 41 yaşı vardı.
Allah rəhmət eləsin!