Jurnalist Ceyhun Musaoğlu ailə üzvləri ilə birlikdə avtomobil qəzasına düşüb - FOTO

Jurnalist Ceyhun Musaoğlu ailə üzvləri ilə birlikdə avtomobil qəzasına düşüb - FOTO Onların hər üçü xəsarət alıb
Media
8 İyun , 2017 09:07
Jurnalist Ceyhun Musaoğlu ailə üzvləri ilə birlikdə avtomobil qəzasına düşüb - FOTO

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.

Onun dostu, jurnalist Nicat Dağların “Report”a verdiyi məlumata görə, hadisə Dərnəgül şosesində qeydə alınıb.

Belə ki, C.Musaoğlunun idarə etdiyi “KİA” markalı avtomobil digər maşınla toqquşub. Nəticədə “KİA” bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb. 

Son xəbərlər

Orphus sistemi