İTV Yayım Şurasının üzvlüyünə namizədlərin adları açıqlanıb - SİYAHI

İTV Yayım Şurasının üzvlüyünə namizədlərin adları açıqlanıb - SİYAHI Məsələ Milli Məclisin iclasına tövsiyə olunub
Media
5 Aprel , 2017 14:21
İTV Yayım Şurasının üzvlüyünə namizədlərin adları açıqlanıb - SİYAHI

Bakı. 5 aprel. REPORT.AZ/ Milli Məclisin Mədəniyyət komitəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsinə baxılıb.

“Report”un xəbərinə görə, komitə sədri Rafael Hüseynov deyib ki, namizədlər Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovdur.

O bildirib ki, bu şəxslər cəmiyyətdə kifayət qədər aktivdirlər.

Məsələ Milli Məclisin iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi