İranın İRNA agentliyinin rəhbəri Mətbuat Şurasında olub

İranın İRNA agentliyinin rəhbəri Mətbuat Şurasında olub Xəzər dənizi ölkələri jurnalistlərinin regional görüşlərinin keçirilməsi məsələsi də müzakirə olunub
Media
30 Sentyabr , 2016 14:02
İranın İRNA agentliyinin rəhbəri Mətbuat Şurasında olub

Bakı. 30 sentyabr. REPORT.AZ/ İran İslam Respublikasının İRNA İnformasiya Agentliyinin rəhbəri Məhəmməd Xoddadi Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan "Report"a verilən məlumata görə, görüşdə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. O bildirib ki, Azərbaycan jurnalistlərinin özünütənzimləmə orqanı olan Mətbuat Şurası dünyanın bir çox nüfuzlu media təşkilatları ilə sıx əməkdaşlıq edir: "İran və Azərbaycan xalqları arasında möhkəm tarixi bağlar var. Bu bağlılıq İran və Azərbaycan dövlətlərinin hazırkı əlaqələrində də əsas məqamı təşkil edir. Düşünürəm ki, hazırda əlaqələr çox yüksək səviyyədədir və mövcud durumda hər iki ölkənin media qurumlarının bir-birinə yaxın olması son dərəcə faydalıdır".

Görüşdə İran və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkil olunması, bu xüsusda digər müxtəlif tədbirlərin həyata keçirilməsi yolları ətrafında müzakirələr gedib. M.Xoddadi rəhbərik etdiyi qurumun prosesə hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə həmçinin ümumən Xəzər dənizi ölkələri jurnalistlərinin regional görüşlərinin keçirilməsi məsələsinə də toxunulub, mövcud istiqamətdə birgə təşəbbüsün qaldırılması ilə bağlı anlaşma əldə olunub. 

Son xəbərlər

Orphus sistemi