Bakı. 14 sentyabr. REPORT.AZ/ "İnterfaks" informasiya agentliyinin redaktoru Yuri Nikiforov ölü tapılıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, redaktor Moskva ətrafındakı Odintsovo şəhərində, Marşal Krılova küçəsindəki evin həyətində asılmış vəziyyətdə aşkarlanıb.
Cəsədi onun həyat yoldaşı aşkar edib. 33 yaşlı kişinin ölüm səbəbləri müəyyən edilir. Məhkəmə-tibbi müayinə üçün cəsəd morqa göndərilib.