Yuxarı
    Bağlamaq

    İndoneziyanın Azərbaycandakı səfiri "Report" agentliyində olub

    Baş redaktor Murad Əliyev agentliyin fəaliyyəti barədə ətraflı məlumat verib

    Bakı. 28 iyul. REPORT.AZ/ İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani (Husnan Bey Fananie) "Report" agentliyində olub.

    "Report" xəbər verir ki, əvvəlcə səfir bütün şöbələrə baş çəkərək, agentliyin fəaliyyəti ilə tanış olub.

    Sonra İndoneziya səfiri ilə agentliyin baş redaktoru Murad Əliyev arasında görüş keçirilib. Görüşdə baş redaktor agentliyin fəaliyyəti barədə ətraflı məlumat verərək, Azərbaycan ilə İndoneziya arasındakı əlaqələrin bütün sahələrdə inkişafının iki ölkə KİV-i arasında daha sıx əlaqələrin yaradılmasını şərtləndirdiyini bildirib. M.Əliyev İndoneziyada baş verən hadisələrin, eləcə də bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən tədbirləri işıqlandırmağa hazır olduqlarını diqqətə çatdırıb.

    H.B.Fanani iki ölkə xalqının bir-biri haqqında daha ətraflı məlumat alması məqsədi ilə Azərbaycan və İndoneziya KİV-i arasında münasibətlərin yaxşılaşdırılmasının əhəmiyyətini qeyd edib. Bu baxımdan, o, hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərlərinin, Azərbaycan və İndoneziya haqqında məqalələrin dərc edilməsinin vacibliyini vurğulayıb.

    Bundan başqa, diplomat Bakıda İndoneziya səfiri vəzifəsində qarşısına qoyulmuş hədəflər barədə məlumat verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi