​“İlk Avropa Oyunlarının Twitter səhifəsini mühafizə edək” - KİV-lərə çağırış

​“İlk Avropa Oyunlarının Twitter səhifəsini mühafizə edək” - KİV-lərə çağırış "Report" Azərbaycan jurnalistlərinə müraciət edib
Media
10 İyun , 2015 21:57
​“İlk Avropa Oyunlarının Twitter səhifəsini mühafizə edək” - KİV-lərə çağırış

Bakı. 10 İyun. REPORT.AZ/ Mərkəzi ofisi Torontoda yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX. www.ifex.org ) – dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və insan haqları müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət edərək, onları I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı Twitter kampaniyasına qoşulmağa çağırıb.

"Report" xəbər verir ki, təşkilat öz çağırışında təklif edib ki, bütün QHT-lər kampaniyaya 12 iyunda, Oyunların başlandığı tarixdə, saat 15:00-da qoşulsun.

Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün ərzində Azərbaycanla bağlı mənfi informasiyalar yerləşdirməyə çağırıb. Təşkilatın bu yönləndirməsindən sonra, mümkündür ki, dünyanın müxtəlif qütblərində yerləşən çoxsaylı QHT-lər əsl reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya qoşulsun və ölkəmiz haqqında mənfi informasiyalar yayılmasına cəhd etsin.

"Report" Azərbaycan jurnalistlərinə müraciət edərək, onları bu kampaniyaya qarşı aktiv fəaliyyət qurmağa, bu Hashtag-da Azərbaycan həqiqətləri barədə gərəkli informasiyalar yerləşdirməyə, səsimizin dünyaya çatdırılmasına yardım göstərməyə çağırır.

Məlumat üçün bildiririk ki, kampaniya I Avropa Oyunlarının rəsmi Twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılacaq.

Son xəbərlər

Orphus sistemi